Brijit Bardo

Bricit Bardo
fr. Brigitte Bardot
Brijitt Bardot (1962).
Brijitt Bardot (1962).
Doğum adı Brigitte Anne-Marie Bardot
Doğum tarixi
Doğum yeri Paris, Fransa [1]
Vətəndaşlığı Fransa Fransa
Uşağı Nikola Jak Şare
Partnyorları
Atası Lui Pilou Bardot
Anası Anna Mariya
Fəaliyyəti aktrisa
Fəaliyyət illəri 1952-1973
Təhsili
Boyu 170 sm
Mükafatları "David di Donatello" (1961)
IMDb ID0000003
{{{imzanın izahı}}}
brigitte-bardot.fr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bricit Bardo və ya Brijitt Bardot (fr. Brigitte Bardot, 28 sentyabr 1934[2][3][…], XV arondisman, Fransa) — "BAFTA" mükafatına namizəd göstərilmiş keçmiş fransız kino aktrisası, maniken, müğənni və heyvan haqları aktivisti. Ən çox 1950–60-cı illərin qadın fiquru kimi tanınır. Qadın müstəqilliyinin və cinsi azadlığının simvolu olan Brijitt Bardo karyerası ərzində bir çox uşaq-qadın və füsunkar qadın rolunu oynamışdır. Dövrünün ən böyük rejissorları ilə işləmiş və zərif bir xəfifliyin yanında, şəhvət ehtiva edən rollarda oynaması onu tezliklə seks simvoluna çevirmişdir. 1969-cu ildən bəri Fransanın azadlığını əks etdirən "Marianna"nın rəsmi simasıdır. Brijittdən əvvəl Marianna anonim fenomen idi.[4]

Bardo aktrisalıq karyerasından əvvəl Paris Konservatoriyasında təhsil almış balerina idi. Aktrisalıq karyerasına isə 1952-ci ildə başladı. On altı filmdə oynadıqdan sonra o dövrdə həyat yoldaşı olan Rocer Vadimin rejissoru olduğu "Və tanrı qadını yaratdı" (fr. Et Dieu... créa la femme) mübahisəli filmində oynadı və bu film Bardota beynəlxalq şöhrət qazandırdı. Daha sonra 1963-cü ildə o, Jan-Lük Qodarın "Nifrət" (fr. Le Mépris) filmində oynadığı rolu ilə də çox böyük uğura imza atdı. Bardo Lui Mallenin 1965-ci ildə çəkdiyi filmi "Viva, Mariya!" dakı rolu ilə ən yaxşı baş rol qadın aktrisası kimi "BAFTA" mükafatına namizəd oldu və fransız intellektual təbəqənin də diqqətini çəkməyi bacardı. O, eyni zamanda Simona de Bovuarın 1959-cu ildəki "Lolita sindromu" adlı məqaləsinə mövzu oldu. Bu məqalədə Bovuar Bardonu "qadın tarixinin lokomotivi" kimi xarakterizə etdi və onu İkinci Dünya müharibəsi sonra Fransanın "ilk və ən azad qadını" elan etdi.

Bardot əyləncə sənayesindən təqaüdə çıxdı. Onun 1973-cü ildə çəkildiyi sonuncu film "Don Juan 73" olmuşdur və ondan sonra kinodan getdi. O, şou dünyasındakı karyerası ərzində 47 filmdə baş rol ifaçısı oldu və eyni zamanda 80 mahnı yazdırdı. 1985-ci ildə "Fəxri Legion" ordeni ilə mükafatlandırıldı, lakin Bardo bu mükafatı almaqdan imtina etdi.[5] Təqaüddən sonra o, özünü heyvan hüquqlarını qorumağa həsr etdi. Bardo 1990-cı ildə miqrasiya, Fransada müsəlmanlıq, irqçilik və homoseksualizm kimi mövzularda siyasi düşüncələri ilə sözünü deməyə çəkinməyən bir qadın kimi tanındı.

  1. 78 yaşlı italyan gözəli [ölü keçid]
  2. Brigitte Bardot // filmportal.de. 2005.
  3. Brigitte Bardot // FemBio database (alm.).
  4. Anne-Marie Sohn (teacher at the ENS-Lyon), Marianne ou l'histoire de l'idée républicaine aux XIXe et XXe siècles à la lumière de ses représentations Arxivləşdirilib 2008-05-28 at the Wayback Machine (résumé of Maurice Agulhon's three books, Marianne au combat, Marianne au pouvoir ve Les métamorphoses de Marianne) (Fransızca)
  5. The Big Question: How does the French honours system work, and why has Kylie been decorated? Arxivləşdirilib 2017-11-16 at the Wayback Machine The Independent. 8 Mayıs 2008

Developed by StudentB